• Bakı 17° C

    16.93 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

MAXE olmaq istəyənlərlə görüş keçirilib

CƏMİYYƏT

19 May 2025 | 12:22

MAXE olmaq istəyənlərlə görüş keçirilib

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilbi ki, namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib.

Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy, Lənkəran, Masallı, Kürdəmir, Beyləqan, Bərdə, Ağcabədi, və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən mərkəzdə sənədlərin qəbul müddəti mayın 30-dək uzadılıb.


SON XƏBƏRLƏR