Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 4,2 mindən çoxu təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Yanvar-may aylarında əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.