• Bakı 30° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

 "Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

CƏMİYYƏT

18 Iyul 2025 | 09:48

 Şelburn - Qarabağ matçının hakimləri müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) ilk matçının hakimləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.

Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


SON XƏBƏRLƏR

17 Iyul 2025