Dönərxanada maraqlı oğurluq hadisəsi baş verib. Naməlum şəxs dönər almaq adı ilə gəldiyi obyektdə işçilərin yatdığını görərək telefon oğurlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Oktayın dönəri” adlı obyektdə baş verib.
Obyektə müştəri kimi gələn şəxs orada işləyən iki işçinin də masa arxasında yatdığını görüb. Bunu fürsət bilən həmin şəxs ətrafda heç kimin də olmadığından əmin olduqdan sonra yatan işçilərdən birinin telefonunu götürərək oradan uzaqlaşıb.
Hadisə obyektin müşahidə kameralarına düşüb.