• Bakı 30° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Universitetlərdə təhsil haqqı artırılır? - SORĞU

CƏMİYYƏT

18 Iyul 2025 | 10:30

Universitetlərdə təhsil haqqı artırılır? - SORĞU

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb.

Bakıvaxtı.az xəbər verir ki, universitetdə bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.

Bəs, digər universitetlərdə vəziyyət necədir?

Bakı Dövlət Universitetindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetində təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd olunub ki, bu qərar, ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib:

"Eyni zamanda qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləği isə semestr imtahanları dövründə tamamlaya bilərlər".

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq nəzərə çatdırılıb ki, bakalavriat pilləsində təhsil haqqı artımı olmayıb:

"Magistratura pilləsində isə İqtisadiyyat ixtisası üzrə təhsil haqqında 100 manat artıb olub".

Azərbaycan Dillər Universitetindən sorğumuza cavab olaraq bununla bağlı hər hansı bir məlumatın olmadığı vurğulanıb.

Azərbaycan Texniki Universitetində təhsil haqqlarının ötən ilki kimi olduğu söylənilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Iyul 2025