• Bakı 17° C

    16.93 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Sumqayıtda 5 200 abonentin qazı kəsildi

CƏMİYYƏT

19 May 2025 | 13:02

Sumqayıtda 5 200 abonentin qazı kəsildi

Sumqayıt şəhərinin bir neçə məhəlləsində orta təzyiqli yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, 4, 5, 16, 17, 18, 19, 20, 21 və 34-cü məhəllələri əhatə edən 5 200 abonentin qaz təchizatı 159 millimetrlik qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq dayandırılıb.

Qaz təchizatının bərpası işlərin tamamlanmasından dərhal sonra həyata keçiriləcək.


SON XƏBƏRLƏR