• Bakı 21° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Müəllimlərin sertifikasiyasına başlanılıb

CƏMİYYƏT

18 Iyun 2025 | 12:47

Müəllimlərin sertifikasiyasına başlanılıb

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ilk gündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95 % davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.


SON XƏBƏRLƏR