• Bakı 17° C

    16.93 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Bu təhsil müəssisələrinə elektron sənəd qəbulu dayandırılır

CƏMİYYƏT

19 May 2025 | 11:42

Bu təhsil müəssisələrinə elektron sənəd qəbulu dayandırılır

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş məhdudlaşacaq və təsdiqlənməmiş sorğular silinəcək.

Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.


SON XƏBƏRLƏR