• Bakı 13° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Real"ın yeni baş məşqçisi o olacaq

İDMAN

19 Aprel 2025 | 17:46

Realın yeni baş məşqçisi o olacaq

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal" qarşısında məğlub olan "Real Madrid"də ciddi dəyişikliklər baş verir. 

Bakıvaxtı.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti ilə yollar ayrılır.

Onun yerinə futbol dünyasının tanınmış simalarından olan Yurgen Kloppun gətiriləcəyi xəbəri İspaniya mətbuatında gündəmə çevrilib.

Ardanı yenə oynatmadı - "Real"ın azarkeşləri qəzəbləndi - FOTO
Gözləntilərə görə, Ançelotti aprelin 26-da "Barselona" ilə keçiriləcək Kral Kuboku matçından sonra rəsmi olaraq vəzifəsindən azad ediləcək.

"Real Madrid" rəhbərliyi artıq yeni baş məşqçi ilə razılıq əldə edib. Bildirilir ki, "Borussia Dortmund" və "Liverpool" kimi nəhəng klublarda çalışmış Yurgen Klopp Madrid klubunun təklifini qəbul edib. Qeyd edək ki, Klopp ötən il məşqçilik fəaliyyətinə fasilə vermiş və Red Bull qrupunda idarəetmə vəzifəsinə keçmişdi. Lakin xəbərlərə görə, o, "özünü Madridin diqqət mərkəzində görməyə başlayıb" və iddialı layihə olduqda meydanlara qayıtmağa hazırdır.


SON XƏBƏRLƏR

19 Aprel 2025