• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan millisi UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub

İDMAN

19 Aprel 2025 | 14:11

Azərbaycan millisi UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.

Bakıvaxtı.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirdəki üçüncü - sonuncu matçında 1:2 hesabı ilə uduzub.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Qeyd edək ki, milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.


SON XƏBƏRLƏR