• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüşdü

DÜNYA

19 Aprel 2025 | 20:21 | Müəllif: Gülşən Şərif

İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüşdü

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş başçılıq edib. Danışıqların əsas mövzusu Qəzza zolağında humanitar durum olub.

Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsini müzakirə ediblər.

Həmçinin görüş iştirakçıları Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq üçün səylərlə bağlı cari vəziyyəti qiymətləndiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026