İstanbulda Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Oleq Qolovko danışıqlar başa çatmamış şəhəri tərk edərək naməlum istiqamətdə yoxa çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb
Telekanalın məlumatına görə, Qolovko tərcüməçi kimi fəaliyyət göstərib və elan edilən fasilə zamanı naməlum istiqamətdə yoxa çıxıb. Məqalədə deyilir ki, Ukrayna nümayəndə heyəti yeni tərcüməçi tapmaq üçün bir qədər vaxt sərf etməli olub.
Kİ yazır ki, Qolovko ölkəni təyyarə ilə tərk etməyib. İddialara görə, o, Türkiyə-Bolqarıstan sərhədini keçib. Ukraynalı rəsminin taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, mayın 16-da Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar İstanbulda baş tutub. /Unikal