• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İsrailə bu bomba lazımdır: Yalnız ABŞ-də var...

DÜNYA

18 Iyun 2025 | 17:00 | Müəllif: Əli Hüseynov

İsrailə bu bomba lazımdır: Yalnız ABŞ-də var...

Yalnız ABŞ-də olan GBU-57A/B superağır bomba İsrailə İranın Fordodakı yeraltı nüvə obyektini məhv etmək üçün lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Post” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ həm təyyarəyə, həm də sursata nəzarət edir. Bu Amerika bombardmançısı və Amerika bombası olacaq”, - məlumatda qeyd olunub.

Fordodakı nüvə obyekti dağın təxminən 90 metr dərinliyində yerləşir və onun məhv edilməsi üçün böyük dərinliklərdəki hədəfləri vura bilən bombalar tələb olunur.

Qeyd edək ki, “Boinq” şirkəti tərəfindən istehsal olunan GBU-57A/B superağır bombası partlamadan öncə yerin 61 metr dərinliyinə, yaxud 19 metrə qədər dəmir-betona nüfuz etməyə qadirdir.

15 ton ağırlığı olan bombanın 1 ədədinin qiyməti 500 milyon dollardır. Bu bombalar yalnız ABŞ-ın “B-2 Spirit” strateji bombardmançıları tərəfindən daşına bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026