• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

ABŞ Yaxın Şərqdəki bazalarına 40 min hərbçi yerləşdirib

DÜNYA

18 Iyun 2025 | 17:21

ABŞ Yaxın Şərqdəki bazalarına 40 min hərbçi yerləşdirib

Hazırda Yaxın Şərqdəki Amerika bazalarında 40 minə yaxın hərbçi yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" ABŞ rəsmisinə istinadən yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında adətən təxminən 30 000 hərbçi yerləşdirilir.

Adı açıqlanmayan ABŞ rəsmisi agentliyə “Hazırda regionda 40 minə yaxın hərbçi var” deyib.

"Associated Press" əlavə edir ki, ötən ilin oktyabrında İsrail və İran arasında gərginliyin artması və Husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları fonunda əsgərlərin sayı 43 minə çatıb.

Agentlik adı açıqlanmayan Amerika hərbi rəsmilərinə istinadən əlavə edib ki, ABŞ ordusu hələ də İrana qarşı hücum əməliyyatları həyata keçirməyib. 

Məlumata görə, ABŞ qırıcıları İsraili qorumaq üçün zərbələrə qoşulub, lakin... İran üzərində heç bir Amerika təyyarəsi olmayıb.


SON XƏBƏRLƏR