Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasının heyətində dubl müəllifi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Yekun nəticədə "Paderborn" 3:2 hesablı qələbəyə sevinib.
***
16:09
Almaniya 2-ci Bundesliqasında 30-cu turunun matçları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” doğma meydanda “Paderborn” klubu ilə qarşılaşır.
Yığmamızın hücumçusu matçın 2-ci dəqiqəsində hesabı açıb.
Hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.
Qeyd edək ki, M.Emreli ötən tur da qolla yadda qalmışdı.