• Bakı 15° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc azalıb

İQTİSADİYYAT

19 Aprel 2025 | 17:50

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 117,428 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 0,821 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,07 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.


SON XƏBƏRLƏR

19 Aprel 2025