• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Bu ilin I rübündə AKİA 2500-ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib

İQTİSADİYYAT

19 May 2025 | 17:11

Bu ilin I rübündə AKİA 2500-ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib

Bu ilin ilk rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1 857 digər texnika və avadanlıqlar var.

Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Fermerlər gömrük dəyərinin 20 %-i həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40 %-i AKİA tərəfindən ödənilir, digər 40 % isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.


SON XƏBƏRLƏR