• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

"Bazarstore" qiymət fərqinə görə cərimələndi

İQTİSADİYYAT

18 Iyun 2025 | 14:48

Bazarstore qiymət fərqinə görə cərimələndi

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.

Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.


SON XƏBƏRLƏR