• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Zelenski Pasxa atəşkəsini dəstəklədi

DÜNYA

19 Aprel 2025 | 23:02 | Müəllif: Gülşən Şərif

Zelenski Pasxa atəşkəsini dəstəklədi

"Rusiya birdən-birə tam və qeyd-şərtsiz sükut formatına qoşulmağa hazır olsa, Ukrayna güzgü effekti nümayiş etdirəcək".

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında belə yazıb.

O bildirib: "Sükuta cavab olaraq susqunluq, zərbələrə cavab zərbə göstərəcəyik. Əgər tam sükut həqiqətən hökm sürəcəksə, Ukrayna bunu Pasxa bayramından - aprelin 20-dən sonra da uzatmağı təklif edir. Bu, Rusiyanın əls niyyətini ortaya qoyacaq, çünki 30 saat yalnız sərlövhələr üçün kifayətdir, etimadın möhkəmlənməsi üçün gerçək addım deyilş. Otuz gün sülh üçün şans yarada bilər".

O, həmçinin yazıb ki, cəbhənin bir sıra bölgələrində bundan sonra da döyüşlər davam edib: “Saat 21:30 və 22:00-da- cəbhə xəttindəki briqadaların və digər bölmələrin komandirləri ilə söhbətindən sonra Ali Baş Komandan Aleksandr Sırskidən konkret ərazilərdə vəziyyətlə bağlı ətraflı məruzələr gözləyirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026