• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ukrayna üzrə tam atəşkəs planı Londonda razılaşdırıla bilər

DÜNYA

19 Aprel 2025 | 13:05

Ukrayna üzrə tam atəşkəs planı Londonda razılaşdırıla bilər

ABŞ və Ukraynanın müttəfiqləri gələn həftə Londonda Ukraynada tam atəşkəs planını təsdiqləmək niyyətindədir.

Bu barədə Bakıvaxtı.az TASS-a istinadən xəbər verir.

“Gələn həftə Londonda biz tam və hərtərəfli atəşkəs haqqında qərar qəbul etmək istəyirik. Sonra tərəflərin hazırda hansı mövqedə olduğunu anlamaq üçün Rusiya ilə danışıqlar aparmağı və onlara ən yaxşı yekun təklifi təqdim etməyi planlaşdırırıq - ”, - nəşr ABŞ administrasiyası nümayəndəsinin sözlərindən sitat gətirib.

Məmurun sözlərinə görə, Rusiyanı bu təklif üzrə danışıqlara cəlb etmək üçün Vaşinqton Moskvaya anti-Rusiya sanksiyalarının yumşaldılmasını və ola bilsin, Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin blokdan çıxarılmasını təklif edə bilər.


SON XƏBƏRLƏR