• Bakı 17° C

    16.25 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Fermerlərə silahlı hücum: 15 ölü

DÜNYA

19 May 2025 | 10:30

Fermerlərə silahlı hücum: 15 ölü

Nigeriyada fermerlərə silahlı hücum baş verib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Nigeriyanın şimal-qərbində yerləşən Kebbi əyalətində baş vermiş silahlı hücum nəticəsində 15 fermer həlak olub, 3 nəfər isə yaralanıb.

Yerli mətbuatın yaydığı məlumata əsasən, Danko Wasagu bölgəsində sahəyə işləməyə gedən fermerlər Lakurawa adlı silahlı qrupun hücumuna məruz qalıb. Hadisədən dərhal sonra Kebbi əyalətinin qubernator müavini Umar Tafida hücumun baş verdiyi əraziyə baş çəkərək həlak olanların ailələri ilə görüşüb.

Tafida bildirib ki, əyalət hökuməti fermerlərin təhlükəsiz şəkildə sahələrinə qayıtmalarını təmin etmək üçün zəruri tədbirlər görəcək.

Nuriyyə Musayeva

 


SON XƏBƏRLƏR