• Bakı 24° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Kanadadan vətəndaşlarına XƏBƏRDARLIQ: Bu bölgələrə...

DÜNYA

18 Iyun 2025 | 09:53

Kanadadan vətəndaşlarına XƏBƏRDARLIQ: Bu bölgələrə...

Kanada hökuməti İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda öz vətəndaşlarına Yaxın Şərqin bəzi bölgələrinə səyahət etməmələri barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda Kanada, vətəndaşlarına İran, İraq, İsrail, işğal altındakı İordan çayının qərb sahili və Qəzza, Suriya, Yəmən, Livan və İordaniya daxil olmaqla bölgədəki ölkə və ərazilərə səyahət etməməyə çağırıb.

Həmçinin İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlıqların aradan qaldırılması üçün diplomatik səylərin dəstəkləndiyi və danışıqların narahatlıqların həlli üçün ən təsirli və davamlı yol olduğu qeyd edilib.

Kanada Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ki, bu hadisələr nəticəsində ölən və ya yaralanan kanadalı yoxdur.

Mina Mikayılova


SON XƏBƏRLƏR