• Bakı 28° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Macarıstana qarşı tədbir görəcəyik - Ukrayna XİN

DÜNYA

17 Iyul 2025 | 23:47

Macarıstana qarşı tədbir görəcəyik - Ukrayna XİN

Kiyev Zakarpatiyada etnik macarın ölümünə səbəb olan məcburi hərbi xidmətə məsul üç Ukrayna hərbçisinə qarşı sanksiyalar tətbiq edən Budapeştə qarşı cavab tədbirləri hazırlayır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa deyib.

"Macarıstanın üç Ukrayna hərbçisinin öz ərazisinə daxil olmasını qadağan etmək qərarı əsassız və absurddur. Ukrayna buna cavab olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır", - Sibiqa bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Berehovo şəhərinin etnik macar olan sakininin etirazlarına baxmayaraq, onun küçədə tutularaq məcburi şəkildə cəbhəyə göndərilməsi üçün çağırış məntəqəsinə gətirildiyi və burada hərbçilər tərəfindən döyülərək öldürüldüyü barədə məlumat yayılmışdı.


SON XƏBƏRLƏR

17 Iyul 2025