• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Polşada prezident seçkilərinin ikinci turuna bu namizədlər keçdi

DÜNYA

19 May 2025 | 12:37

Polşada prezident seçkilərinin ikinci turuna bu namizədlər keçdi

Hakim Vətəndaş koalisiyasından olan namizəd Rafal Tşaskovski 31,36 %, müxalifəti təmsil edən "Hüquq və Ədalət" partiyasından namizədliyi irəli sürülən Karol Navrotski isə 29,54 % nəticə ilə Polşada prezident seçkilərinin ikinci turuna keçiblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

Səsvermənin rəsmi nəticələri hələ təsdiqlənməyib, Dövlət Seçki Komissiyasının sədri nəticələri yaxın saatlarda mətbuat konfransında elan etməlidir.

Qeyd olunub ki, mayın 18-də keçirilən səsvermədə iştirak 1990-cı ildən bəri rekord həddə çataraq 67,3 % təşkil edib.

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025