• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

SPIEF-də Putinin atasının mükafatları təqdim olunacaq

DÜNYA

18 Iyun 2025 | 12:03 | Müəllif: Gülşən Şərif

SPIEF-də Putinin atasının mükafatları təqdim olunacaq

Rusiya prezidentinin atası Vladimir Spiridonoviç Putinin şəxsi mükafatları Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) təqdim olunacaq. 

Bakıvaxtı.az "REN TV"yə istinadən xəbər verir ki, bununla bağlı eksponatların görüntüləri nümayiş olunub.

Sərgi "Xristian" Ailə Ənənələri Evinin stendində yerləşəcək. Forumda medallar, mükafat vərəqi və Vladimir Spiridonoviçin təltif edilməsi haqqında sərəncam göstəriləcək.

Qeyd edək ki, iyunun 18-dən 21-dək Sankt-Peterburqda illik beynəlxalq iqtisadi forum keçiriləcək. 2025-ci ildə keçiriləcək tədbirin mövzusu "Ümumi dəyərlər – çoxqütblü dünyada inkişafın əsası"dır. Asiya, Afrika və Latın Amerikası ölkələri də daxil olmaqla, artıq 92-dən çox ölkə və ərazi forumda iştirakını təsdiqləyib. Bəhreyn Krallığı SPIEF-2025-in qonaq ölkəsi olacaq.

Forumun işgüzar proqramı dörd tematik sahədən ibarətdir: "İnkişaf iqtisadiyyatı: artımın təmin edilməsi", "Texnologiyalar: liderliyə çalışmaq", "Həyat üçün mühit" və "Yeni dünyada insan". Bundan əlavə, tədbirə Rusiyanın xarici biznes tərəfdaşları ilə 15 ikitərəfli görüşlər daxildir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026