• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

KİV: Aİ ABŞ-yə avtomobil rüsumlarının azaldılmasını təklif edir

DÜNYA

18 Iyul 2025 | 10:59

KİV: Aİ ABŞ-yə avtomobil rüsumlarının azaldılmasını təklif edir

Avropa İttifaqı (Aİ) ticarət danışıqları çərçivəsində ABŞ-yə avtomobillərə görə rüsumların qarşılıqlı şəkildə azaldılmasını təklif edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Aİ-dən olan danışıqçıların yeni təklifinə əsasən, blok ABŞ-dən avtomobil ixracına tətbiq olunan 10 %-lik rüsumu ləğv etməsi Tramp administrasiyasının bu sektor üzrə öz rüsumlarını 20 %-dən aşağı səviyyəyə endirəcəyi halda mümkündür", - nəşr qeyd edib.

Mənbələrin məlumatına görə, Vaşinqton rüsumların 17,5 %-ə qədər azaldılması imkanını nəzərdən keçirir, bu halda Aİ də öz rüsumlarından tamamilə imtina etməlidir.

Mənbələr əlavə edirlər ki, ABŞ və blok həmçinin Birləşmiş Ştatlarda avtomobil istehsal edən Avropa şirkətləri üçün ixrac kreditlərini müzakirə edir.

Qeyd edək ki, mart ayının sonunda Tramp bəyan edib ki, ABŞ ölkə xaricində yığılan bütün avtomobillərə 25 % rüsum tətbiq edir. Bundan başqa, o, iyul ayında Birləşmiş Ştatların avqustun 1-dən Avropa İttifaqından daxil olan mallara 30 % rüsum tətbiq edəcəyini bildirib.


SON XƏBƏRLƏR