• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Slovakiya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna "güzəştlər"dən sonra razılıq verib

DÜNYA

18 Iyul 2025 | 11:37

Slovakiya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna güzəştlərdən sonra razılıq verib

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya "güzəştlər"dən sonra buna razılıq verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi bildirib.

Onun məlumatına görə, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər.

Agentliyin məlumatına əsasən, Slovakiyanın Baş naziri Robert Fitso planın qarşısını ala bilməyəcək, çünki onunla bağlı qərarlar sanksiyalardan fərqli olaraq səs çoxluğu ilə qəbul edilir.


SON XƏBƏRLƏR