• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

18 Iyul 2025 | 12:58 | Müəllif: Əli Hüseynov

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyulun 18-i saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Sentyabr 2026