• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu tibb işçiləri ilə bağlı QƏRAR VERİLDİ

CƏMİYYƏT

18 Iyul 2025 | 12:56

Bu tibb işçiləri ilə bağlı QƏRAR VERİLDİ

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il oktyabrın 1-dək veriləcək.

    Əvvəl bu müddət 2025-ci il iyulun 1-dək müəyyən edilmişdi.

    Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

    - tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

    - təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

    - pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

    Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.


    SON XƏBƏRLƏR