• Bakı 13° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

BŞH: Tikinti işləri pit və komanda binalarında davam edir

FORMULA 1

18 Iyul 2025 | 11:11

BŞH: Tikinti işləri pit və komanda binalarında davam edir

Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.

O bir sıra yeniliklər olduğunu vurğulayıb:

"Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə 1500-1700 aralığında fərqli sahələr üzrə insan cəlb olunub".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025