• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

"Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb

FORMULA 1

09 Iyul 2025 | 17:01

Formula 1: Red Bull Kristian Hornerlə yollarını ayırıb

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" britaniyalı Kristian Horneri komandanın rəhbəri vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu posta əvvəllər "Reysinq Bullz"da çalışmış Loran Mekis gətirilib.

Qeyd edək ki, "Red Bull" hazırda 172 xalla Konstruktorlar Kubokunda dördüncü pillədə qərarlaşıb. Lider "Mclaren"in 460 xalı var.

Bu il Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.


SON XƏBƏRLƏR