"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris 2025-ci ildə Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsinin - Avstriya Qran Prisinin seçmə mərhələsinin qalibi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, yarış "Red Bull Ring" trassında keçirilir.
İkinci yeri “Ferrari”dən moneqasklı Çarlz Lekler tutub. "Maklaren" nın digər təmsilçisi avstraliyalı Oskar Piastri isə üçüncü olub.
Mərhələ proqramı iyunun 29-da baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq yarışla yekunlaşacaq.