• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

"Formula 1": 2026-cı il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib

FORMULA 1

30 Iyun 2025 | 15:25

Formula 1: 2026-cı il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.

Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.


SON XƏBƏRLƏR