• Bakı 30° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB

SİYASƏT

18 Iyul 2025 | 12:58

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.


SON XƏBƏRLƏR