• Bakı 30° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini təsdiqləyib

DÜNYA

18 Iyul 2025 | 10:38

Kallas: Aİ Rusiyaya qarşı ən sərt sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün X hesabındakı paylaşımında bu sanksiyaların Rusiyanın hərbi büdcəsini daha çox məhdudlaşdıracağını bildirib.

“Biz möhkəm dayanmışıq. Aİ indicə Rusiyaya qarşı ən güclü sanskiya paketlərindən birini təsdiq etdi. Beləliklə, Rusiya banklarının maliyyə mənbələrinə çıxışı məhdudlaşdırılacaq, hərbi büdcəsi daha da azalacaq, Rusiyanın gizli fəaliyyət göstərən daha 105 gəmisinin fəaliyyəti ziyan görəcək. Şimal Axını boru kəmərləri qadağan ediləcək. Biz Rusiyanın hərbi sənayesinə təzyiqi artırırıq. Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərən Çin banklarına da məhdudiyyətlər qoyuruq. O cümlədən, dron istehsalında istifadə olunan texnologiya ixracatına da mane oluruq”- Kallas paylaşımında qeyd edib.

Kaya Kallas Hindistanda fəliyyət göstərən Rosneft neft emalı şirkətinə qarşı da sanksiyaların tətbiq edildiyini xəbər verib.

O qeyd edib ki, “Rosneft”in Hindistandakı ən böyük neft emalı zavodunda ilk dəfə olaraq bayraq reyestri yaradılıb və məhdudiyyətlər tətbiq edilib.

Kallas Rusiya üçün irəliyə yeganə yolun aqressiyanı dayandırmaq olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR