• Bakı 30° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Azərbaycanda vəkillərin sayı açıqlanıb

SİYASƏT

18 Iyul 2025 | 10:15

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"Bu gün daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.

Sədr çıxışında nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib: "Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub"

"Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2777-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib", - sədr çıxışında əlavə edib.


SON XƏBƏRLƏR

17 Iyul 2025