ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Bəhreyn bazasından döyüş gəmilərini çıxarıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi peyk şəkillərinə əsaslanaraq məlumat yayıb.
Bildirilib ki, baza ərazisində ABŞ-yə məxsus heç bir hərbi gəmi qalmayıb. Bununla yanaşı, “Associated Press” qeyd edib ki, gəmilərin səpələnməsi yüksək təhlükə halında donanmanın təhlükəsizliyini təmin etmək üçün geniş yayılmış tədbirdir.
Eyni zamanda, iyunun 17-də Bəhreyn ərazisində hava həyəcanı siqnallarının sınağı keçirilib.