• Bakı 21° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Nüvə obyektlərində vəziyyət normaldır - Mohammad Eslami

DÜNYA

18 Iyun 2025 | 11:58

Nüvə obyektlərində vəziyyət normaldır - Mohammad Eslami

İsrailin zərbələri fonunda İran nüvə obyektlərindəki vəziyyət normaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SNN telekanalı İranın vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslamiyə istinadən məlumat yayıb.

O, nüvə obyektlərində hazırkı vəziyyətin necə olduğu barədə suala “yaxşıdır” cavabını verib.

Daha əvvəl İsrail tərəfi İranın bir neçə nüvə obyektinə, o cümlədən Natanz və Fordoya zərbələr endirildiyini bildirmişdi. Daha sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinin peyk şəkillərini təhlil etdikdən sonra Natanzdakı zavoda atılan raketlərin yeraltı məkanlara da zərər vurduğunu bəyan edib.


SON XƏBƏRLƏR