Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ də heç bir sübut tapmayıb.
Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi CNN-ə müsahibəsində bildirib.
Müsahibədə o, İranın nüvə silahı yaratması üçün lazım olan vaxtla bağlı iddialara cavab olaraq deyib: “Bu, əlbəttə, sabahın, bəlkə də yaxın illərin məsələsi deyil. Bunlar, sadəcə fərziyyələrdir”.
AEBA-nın Baş direktoru qurumun müfəttişlərinin İranın bütün sülh məqsədli nüvə fəaliyyətindən xəbərdar olmadığı barədə bəyanatlarını təkrarlayaraq bildirib: “İndiyə qədər bildirdiyim şey budur - nüvə silahının istehsalına doğru təşkil olunmuş hərəkətin sübutunu görməmişəm”.