Pakistanın cənubunda yerləşən Belucistan əyalətində bombalı hücum baş verib.
Bakıvaxtı.az bu barədə ölkə mətbuatına istinadla xəbər verir.
Hücum nəticəsində ilkin məlumatlara görə 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Yerli mətbuatın yaydığı xəbərlərə əsasən, hücum Kila Abdullah bölgəsində orduya bağlı paramilitar “Frontier Corps (FC)” qrupunun obyektinə yaxın ərazidə həyata keçirilib. Polis hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, partlayıcı maddələr bir avtomobilə yerləşdirilərək uzaqdan partladılıb.
Nuriyyə Musayeva