ABŞ Ali Məhkəməsi Ağ Evin daha bir qrup venesuelalı miqrantın deportasiyası ilə bağlı planlarını müvəqqəti olaraq dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, həmin şəxslər cinayətkar dəstə üzvü olmaqda ittiham olunurlar.
Məhkəmənin müdaxiləsinə səbəb 2025-ci il aprelin 18-də miqrantların vəkilləri tərəfindən təqdim olunan vəsatət olub.
Vəkillər bildiriblər ki, onların müştəriləri əvvəlcədən xəbərdarlıq edilmədən və deportasiya qərarını şikayət vermək imkanı olmadan ölkədən çıxarıla bilər.