• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp: Çin məhsullarına tətbiq olunan rüsumlar azaldıla bilər

DÜNYA

19 Aprel 2025 | 22:15 | Müəllif: Gülşən Şərif

Tramp: Çin məhsullarına tətbiq olunan rüsumlar azaldıla bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin məhsullarına tətbiq edilən 145%-lik gömrük rüsumlarının artırılması ehtimalı azdır və hətta bu rüsumların azaldılması mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən tariflərin daha da artırılmasının qarşısını almağa çalışacağını vurğulayıb.

O, müəyyən bir həddə çatdıqda insanların bu məhsulları almaq istəməyəcəyini qeyd edərək tarifləri azaltmağı düşündüyünü bildirib.

Bundan əlavə, Tramp Çinlə ticarət məsələləri tam həll olunana qədər "TikTok" ilə bağlı müqavilənin təxirə salınacağını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026