Türkiyənin tanınmış aktyoru Berk Atan avtomobil qəzası keçirib.
Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında İstanbul-Sivrihisar yolunda baş verib.
Qəzanın onun komanda ilə birlikdə serial çəkilişlərində iştirak etmək üçün VIP mikroavtobusla yola düşəndə baş verdiyi bildirilir.
"Gönül Dağı" serialının baş aktyoru olan B.Atanın vəziyyətinin ağır olduğu deyilir. Onun onurğasında və qabırğasında qırıqlar təsbit edilib./Kult.az