• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakıda evinin soyuducusunda 4 kq narkotik gizlədən şəxslər saxlanılıb - FOTO

HADİSƏ

19 Aprel 2025 | 13:31

Bakıda evinin soyuducusunda 4 kq narkotik gizlədən şəxslər saxlanılıb - FOTO

Bakıda evinin soyuducusunda 4 kq narkotik vasitə gizlədən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.

    Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.


    SON XƏBƏRLƏR