• Bakı 24° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Tramp: "Rusiya-Ukrayna razılaşmasını tez bir zamanda əldə etmək istəyirik"

DÜNYA

19 Aprel 2025 | 09:43

Tramp: Rusiya-Ukrayna razılaşmasını tez bir zamanda əldə etmək istəyirik

ABŞ prezidenti Donald Tramp mətbuata açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp ABŞ dövlət katibi Marko Rubionun Rusiya-Ukrayna razılaşmasının bir neçə gün ərzində tamamlanmalı ifadəsini dəyərləndirib.

"Biz bunu tez bir zamanda yerinə yetirmək istəyirik, konkret gün sayı yoxdur, lakin biz bu müharibənin tez bitməsini görmək istəyirik. Rusiya-Ukrayna danışıqları artıq yekunlaşmaq üzrədir. Bu razılaşmanı əldə etmək üçün həqiqətən yaxşı şansımız var",- deyə ABŞ prezidenti qeyd edib.

Tramp ABŞ-nin Moskva və Kiyevdən gözlədikləri barədə də danışıb. O, hər iki tərəfdən sülh razılaşması üçün istək görmələri lazım olduğunu və bu istəyi gördüklərini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Sentyabr 2025