Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qəzza zolağında münaqişənin bütün tərəflərini döyüşlərin intensivləşməsi fonunda anklavın mülki əhalisini qorumağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, qurumun bu barədə bəyanatı “X”dəki səhifəsində yerləşdirilib.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza zolağında hərbi əməliyyatların gücləndiyi vaxtda münaqişənin bütün tərəflərini mülki şəxslərə dərhal hörmət və mühafizə etməyə çağırır”, - bəyanatda deyilir.
BQXK həmçinin anklavdakı iki xəstəxananın – “Naser” Tibb Kompleksi və Xan Yunisdəki “Avropa” Xəstəxanasının ciddi, təkrarlanan hücumlara məruz qaldığını, nəticədə "ciddi itkilər" olduğunu təsdiqləyib.
Qeyd edək daha əvvəl İsrail Qəzza zolağında “Gideon arabaları” əməliyyatının həlledici mərhələsinə başlayıb.