İsrail yaxın aylarda İrandakı nüvə obyektlərinə hücum edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın belə bir addımı dəstəkləməyə hələ hazır olmamasına baxmayaraq, İsrailin bu mövqeyi mövcuddur .
Qeyd olunub ki, İsrail rəsmiləri Tehranın nüvə silahına sahib olmasının qarşısını alacaqlarına söz veriblər.
Həmçinin İsrailin baş naziri Benyamin Netanyahu təkid edib ki, İranla istənilən danışıqlar onun nüvə proqramının tamamilə ləğvinə gətirib çıxarmalıdır.
Eyni zamanda, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ dövlət katibi Marko Rubionun nüvə silahının inkişafı ilə bağlı potensial olaraq İran obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəklədikləri bildirilib.
Mina Mikayılova