• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

39 yaşlı sabiq futbolçu vəfat etdi

İDMAN

19 Aprel 2025 | 10:26

39 yaşlı sabiq futbolçu vəfat etdi

Xorvatiya millisinin və Fransanın "Monako" klubunun sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç yol qəzasında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının (HNS) rəsmi saytı məlumat yayıb.

39 yaşlı futbolçu Karlovats şəhərində dörd minik avtomobilinin toqquşması nəticəsində həlak olub. Onunla birlikdə daha bir nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Pokrivaç son olaraq ölkəsinin aşağı divizion klubu "Vojniç"də çıxış edirdi.


SON XƏBƏRLƏR