• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Daim problem içində olan bürclər

CƏMİYYƏT

19 Aprel 2025 | 09:35

Daim problem içində olan bürclər

Daim problem içində olan Bürclər adətən enerjiləri, cəsarətləri və ya ani partlayışları ilə diqqəti cəlb edir.

Bakıvaxtı.az həmişə problem içində olan 4 bürcün əlamətini tədqim edir:

Qoç (21 mart - 20 aprel)
Düşünmədən hərəkət edən cəsur bürc. O, “Əvvəl et, sonra düşün” devizi ilə yaşayır. Bu, onu tez-tez problemə sala bilər. Onun dava və mübahisələrə girməsi an məsələsidir.

Əqrəb (23 oktyabr - 21 noyabr)
Əsrarəngiz və dərin düşüncəli Əqrəb intiqam üçün hərəkət edə bilər. O, duyğularını çox sıx yaşayır və incinəndə səssiz qalmır. Bu, onu təhlükəli vəziyyətlərə sala bilər.

Əkizlər (21 May - 21 İyun)
Maraq və danışıq qabiliyyətinə görə istəmədən problemə düşə bilər. Bir şeyə can atmaq və ya dedi-qodu yaymaq bəzən ona baha başa gəlir. Eyni anda bir neçə məsələ ilə məşğul olmaq balansını poza bilər.

Oxatan (22 Noyabr - 21 Dekabr)
Azadlıqsevər, nəzakətsiz və riskə meyilli xasiyyətləri onları problemə dəvət edə bilər. Düşünmədən danışmaq və çox açıq danışmaq sizi problemə sala bilər. Yeni şeyləri sınamaq həvəsi bəzən əks nəticə verə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR