• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İranla müharibə başlayır?

DÜNYA

19 Aprel 2025 | 09:50

İranla müharibə başlayır?

ABŞ dövlət katibi Mark Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts İranın nüvə silahı hazırlaya biləcəyi obyektlərinə zərbələr endirilməsinin tərəfdarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ dövlət başçısı Donald Trampın ətrafında İranla bağlı mübahisələr mövcuddur. Hazırda ABŞ lideri İranla diplomatik sahədə qarşılıqlı əlaqəni davam etdirmək istəsə də, bunun nə qədər davam edəcəyi hələ də qaranlıq olaraq qalır.

Eyni zamanda, ABŞ-nin vitse-rezidenti Cey Di Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard Yaxın Şərqdə yeni münaqişənin mümkün gələcək nəticələri ilə bağlı daha ehtiyatlı davranırlar.

Daha təmkinli yanaşma tərəfdarları qeyd ediblər ki, ABŞ kəşfiyyatının hesablamaları Tehranın nüvə silahı yaratmaq niyyətində olmadığını və İranın bombalanmasının daha böyük regional müharibəyə səbəb ola biləcəyini göstərir.

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-də olduğu kimi, İsraildə də İranın nüvə obyektlərinə zərbələr endirilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Bundan əvvəl İsrailin strateji işlər naziri Ron Dermer ABŞ rəsmilərinə bildirib ki, bunker bombalarından istifadə ediləcəyi təqdirdə İranın yeraltı nüvə obyektləri məhv edilə bilər. Lakin rəsmi Vaşinqton bu ideyanı dəstəkləməyib.


SON XƏBƏRLƏR